• $
  • €
  • ₽
  • ₺
  • £

İran müdafiə naziri: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

İran müdafiə naziri: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
15.04.2014 19:41
“İranla Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin tarixi və dini bağlılıqları var”.APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İranın müdafiə naziri, general-mayor Hüseyn Dehqan Tehranda Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, regional məsələlərlə bağlı İranla Azərbaycanın mövqeləri üst-üstə düşür: “Biz görüş zamanı hərbi, təhlükəsizlik, siyasi, regional və beynəlxalq məsələləri müzakirə etdik. Məmnuniyyətlə deyə bilərəm ki, fikrimiz eynidir”. H.Dehqan həmçinin Azərbaycan hökumətinə və xalqına İranın nüvə məsələsi ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirib. Qarabağ nizamlanmasına gəlincə, iranlı nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini xatırladıb. H.Dehqan qeyd edib ki, Azərbaycan prezidentinin İrana son səfəri ilə iki ölkə arasındakı əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: “Ölkərimizin qonşu olması müxtəlif sahələrdə əməkdaşlığa zəmin yaradır”. Bölgədəki radikal qüvvələrin İran-Azərbaycan əlaqələrinə qarşı olduğunu deyən İranın müdafiə naziri təxribatlara uymamağın vacibliyini vurğulayıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol