• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı həbs edildi - VİDEO

Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı həbs edildi - VİDEO
11.09.2022 04:52
Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmrəliyevin qərarı ilə 4 ay müddətinə  həbs edildi. Bu barədə Elçin Sadiqovun vəkili Bəxtiyar Hacıyev jurnalistlərə məlumat verib.  

"Elçin Sadıqov özünü təqsirli bilməyib və həbsinin onun vəkillik fəaliyyəti ilə bağlı olduğunu bildirib. Səhhəti yaxşıdır. Barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib",  -  vəkil Bəxtiyar Hacıyev bildirib.
 
Vəkilin sözlərinə görə, Elçin Sadıqovun himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq həbs qəti imkan tədbirinin seçilməməsi barədə vəsadət qaldırılsa da məhkəmə onları qəbul etməyib. 
 
İş üzrə şikayətçi məhkəmədə olmayıb. 
 
Vəkil həmçinin 3 gün ərzində Binəqədi rayon məhkəməsinin qərarından appelyasiya şikayəti etmək niyyətində olduğunu da bildirib. 
 
Əvəz Zeynallının vəkili Aqil Lahıc jurnalistlərə bildirib ki, Əvəz Zeynallı Cinayət məcəlləsinin böyük miqdarda rüşvət almanı nəzərdə tutan 311.3.3maddəsi ilə ittiham olunur. Buna görə o 8 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.  

Vəkil Elçin Sadiqov da eyni maddə ilə ittiham olunur. 
 
Bir müddət qabaq yerli mətbuatda Əvəz Zeynallının  Baku Steel Company şirkətinin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat pul  aldığı barədə məlumatlar yer alıb. Bundan  sonra Baş prokurorluq məsələni araşdrmaya götürməsi barədə xəbər yayıb.
 
KİV-də gedən məlumata görə,  Rasim Məmmədovun arvadı Əvəz Zeynallıya  onun əri barədə təhqiredici məlumatlar verməməsi məqsədilə pul təklif edib. Jurnalist isə pulu almasına baxmayaraq təhqirləri dayandırmayıb. 
 
Mətbuatda pulun Əvəz Zeynallıya Rasim Məmmədovun vəkili Elçin Quliyev vasitəsilə verildiyi də iddia olunur. 
 
Rasim Məmmədovun vəkili  Elçin Sadıqov  müdafiə etdiyi şəxsin ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirib. 
 
 
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol