• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan sülh müqaviləsinin ilkin versiyası ilə Praqaya gedəcək

Paşinyan sülh müqaviləsinin ilkin versiyası ilə Praqaya gedəcək
29.09.2022 11:20
Ermənistan Baş Naziri Paşinyan Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi mətninin ilkin variantı ilə Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün noyabrın 6-da Çexiyanın paytaxtı Praqaya gedəcək. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Erməni KİV yazıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə sentyabrın 27-də Ağ Evdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında keçirilən görüşdə  sülh müqaviləsi müzakirə edilib.

Hikmət Hacıyev Azərbaycan ictimaiyyətinə açıqlamasında sülh müqaviləsinin müzakirəsinin edildiyini inkar etməyib.

"Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilmişdir. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub", - Prezidentin köməkçisi qeyd edib.
 
 
Ermənistan və Azərbaycan arasında son genişmiqyaslı müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb.2020- ci ili noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Bəyanata əsasən, sülh müqaviləsi imzalanmalı olsa da, proses 2 ildir ki, gerçəkləşmir.
 
Ləman

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol