• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan hərbiçilərinin Ermənistan əsgərlərinə etdiyi hərəkətlər araşdırılır - Əliyev

Azərbaycan hərbiçilərinin Ermənistan əsgərlərinə etdiyi hərəkətlər araşdırılır -  Əliyev
06.10.2022 12:10
Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib. Bu videolarla bağlı tam müstəqil istintaq qrupu yaradılıb və araşdırmaların nəticəsi olacaq. Bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib
 

Əliyevin sözlərinə görə, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində xidmət aparan 2 hərbi qulluqçunun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri, həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsinin 2 hərbi qulluqçusunun Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə,  etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri faktlar təyin olunub.
 
"Bu faktlar ilə bağlı istintaq aparılmış, 4 nəfər şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həmin şəxslər barədə cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilmiş, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum edilmişlər. Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə  cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin  məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə bir neçə dəfə rəsmi məlumat verilməsinə baxmayaraq qarşı tərəfdən Azərbaycan hərbi qulluqçularına qarşı törədilmiş cinayət hadisələri, bununla bağlı social şəbəkələrdə yayılmış video və foto materiallarla bağlı bağlı hər hansı bir açıqlama verilməməsi  onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırılmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur", - o deyib.

Baş prokuror Kamran Əliyev bildirib ki, bəzi ölkələrin səfirləri və yüksək vəzifəli şəxsləri ermənilərin Azərbaycana qarşı  törətdiyi  cinayətlərə qarşı biganə münasibət bəsləyir. 
 
"Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının  meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən video görüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən  tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilmişdir", - o əlavə edib.
 
Azərbaycan hərbiçilərinin ermənilərə qarşı təhqiredici hərəkətlər etmələrini özündə əksetdirən videolar bir müddət əvvəl yayılıb. Belə ki, Ermənistanın news.am saytı yazır ki, oktyabrın 2-dən bəri sosial şəbəkələrdə yayımlanan erməni hərbi əsirlərin öldürülməsini əks etdirən video  Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin sədri Siranuş Saakyan rəfindən yayımlanıb.

Onun sözlərinə görə, iki hərbçinin şəxsiyyəti müəyyən edilib. 

"Video tədqiq edilib, yoxlanılıb, orijinaldır. Hadisə sentyabrın 13-də Azərbaycan əsgərlərinin iştirakı ilə İşxanasarda (Qızılcıq dağının bir hissəsi , - red)  baş verib. Bu, yeni yaradılmış komando birliyidir, Türkiyədə təlim keçiblər və təbii ki, NATO-dan müəyyən dəstək alıblar. Yenidən hazırlanmış bölmələr ermənilərə qarşı hərbi cinayətləri proqramlaşdırır və həyata keçirir”, - Saakyan qeyd edib.

Ləman
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol