• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələr anbarlardakı qazdan istifadə etməyə başlayıb

Bu ölkələr anbarlardakı qazdan istifadə etməyə başlayıb
13.10.2022 23:00
Avropada küləyin gücü və külək turbinlərindən elektrik enerjisi istehsalı durmadan azalmağa davam edir. Regionda havalar kifayət qədər isti keçsə də, gecələr temperatur xeyli aşağı enir. Bu səbəbdən Latviya və Niderland anbarlardakı qazdan istifadə etməyə başlayıb.

Yaxın on gün ərzində regionda alternativ enerji üçün əlverişsiz olan durğun hava şəraiti proqnozlaşdırılır. "WindEurope” assosiasiyasının məlumatlarına görə, oktyabrın 12-də külək turbinləri Avropa İttifaqının enerji balansının yalnız 9 faizini təmin edib. Oktyabrın 10-u və 11-də bu göstərici müvafiq olaraq 17,8 faiz və 11 faiz idi.

İsti hava şəraiti fonunda Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti ötən həftə 855 dollara qədər ucuzlaşsa da, oktyabrın 13-də yenidən bahalaşaraq 1025 dollara yüksəlib. Lakin bu, yalnız qısamüddətli cari tədarüklərə aiddir. Belə ki, oktyabr ayı üçün fyuçerslər artıq 1605 dollara, fevral ayı üçün isə 1795 dollara qalxıb. Asiyada ən bahalı fevral fyuçersləri 1400 dollar səviyyəsindədir.

"Gas Infrastructure Europe” assosiasiyasının məlumatına əsasən, hazırda Avropanın yeraltı anbarlarında qaz ehtiyatları orta hesabla 91,56 faizə çatıb. Son hesabat sutkası (11 oktyabr) ərzində artım 0,2 faiz təşkil edib.

Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Portuqaliya və İspaniyanın anbarlarında qazın həcmi nəzərdə tutulan 80 faiz səviyyəsini keçib. Avropa İttifaqında qaz ehtiyatının ən aşağı olduğu Latviyadakı "Incukalns” anbarında isə mavi yanacağın həcmi 54 faizdir. Bu anbar eyni zamanda Latviya, Litva, Estoniya və Finlandiyanın qazla təchizatını həyata keçirir.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol