• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Parlamenti Ermənistanla Azərbaycan arasında “dəhliz” məsələsini müzakirə edib

Avropa Parlamenti Ermənistanla Azərbaycan arasında “dəhliz” məsələsini müzakirə edib
26.10.2022 15:40
Ermənistanla Azərbaycan arasında "dəhliz” məsələsi bu gün Avropa Parlamentində qızğın müzakirə mövzusuna çevrilib. Xarici Əlaqələr Komitəsinin üzvləri Aİ-nin Xarici Əlaqələr Xidmətinin nümayəndəsi Jan-Markos Skupadan Brüsselin Azərbaycanın bu tələbinə necə münasibət bəslədiyini soruşanda ehtiraslar alovlanıb. Bu barədə xəbər verən Ermənistan mətbuatı yazır ki,  yüksək rütbəli diplomat suala birbaşa cavab vermək istəməyib.

"Dəhliz tərəfi ilə bağlı fikir bildirmək bizim işimiz deyil, biz sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında dialoqu stimullaşdırmağa çalışırıq. Bu məsələləri tərəflər özü müzakirə etməlidir”, - Skupa bildirib.

Aİ hökumətinin nümayəndəsi Bella Nesterovadan isə Brüsselin Azərbaycanın dəhlizlə bağlı tələblərinə necə münasibət bəslədiyini soruşduqda  cavab verib ki, o, söhbətin hansı dəhlizdən getdiyini bilmir. 

"Xarici Əlaqələr Xidmətinin hansı dəhlizdən danışıldığını  bilmədiklərini söylədiyini eşitdiyimə görə təəccübləndim. Bu, ən böyük geosiyasi məsələlərdən biridir. Bu məsələ növbəti böyük müharibəyə səbəb ola bilər”, - Sloveniyadan seçilmiş deputat Klemen Qroşeyl bildirib.

Deputatlar səhər saatlarından Ermənistan və Azərbaycanla bağlı yeni hesabat layihələrini müzakirə ediblər.

Azərbaycan tərəfdən sənəddə qeyd olunur ki, Bakı yeni bazarlar tapmaq baxımından yanacaq ixracını artırmağı vəd edən Avropa İttifaqının strateji tərəfdaşıdır.

"Azərbaycan Avropa İttifaqının strateji iqtisadi tərəfdaşı olaraq qalır, biz iqtisadi əməkdaşlığımızı daha da təkmilləşdirəcək hərtərəfli saziş imzalamağa yaxınıq. Bu ilin iyulunda Avropa Komissiyasının sədri fon der Leyen və Azərbaycan arasında imzalanmış memorandum bizə enerji resurslarımızı şaxələndirmək və qazın qiymətini aşağı salmağa imkanı verir”, - deyə məlumatda bildirilir.

Bakı ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi proqramlarına ətraflı toxunan sənədin müəllifi Jeliana Zovko Azərbaycanda insan haqları və söz azadlığının pozulması hallarından danışıb.

Millət vəkili İzabela Santos bu məsələlərə daha aydınlıq gətirməyə çağıraraq, "biz qaz naminə Azərbaycanda yol verilən insan haqlarının pozulması məsələsinə dözə bilmərik" deyib. 

Bella Nesterova isə Azərbaycanda insan haqlarının pozulması ilə bağlı danışmayıb. O, Aİ-nin humanitar məsələlərdə tərəflərə dəstək verməyə çalışdığını və minaların təmizlənməsi məsələsində Azərbaycana ən böyük donor olduğunu vurğulayıb.

Avropa Parlamenti Avropa Şurasının rəhbəri Çarlz Mişelin tərəflər arasında dialoqu təşviq etmək səylərini alqışlayıb, Ermənistan və Azərbaycan liderlərini sülh müqaviləsi ətrafında müzakirələrdə tam iştirak etməyə çağırıblar.

"Prezident Mişelin, prezident Makronun səyləri, Ermənistan və Azərbaycan başçılarının görüşləri ciddi siqnallar verir. Biz də bu ölkələri Rusiyanın təsirindən qurtarmağa çalışırıq”, – deyə Azərbaycan üzrə məruzəçi Jelyan Zovko bildirib.

Hesabatların yekun mətnləri yanvarda Avropa Parlamentinin plenar iclasında müzakirə və qəbul edilməlidir. 
 
N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol