• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndidə yaşayan ermənilər etiraz aksiyası keçirir - FOTOLAR - VİDEO

Xankəndidə yaşayan ermənilər etiraz aksiyası keçirir - FOTOLAR - VİDEO
30.10.2022 18:26
Bu gün Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndi şəhərində "Artsax milli assambleyası” adlı qondarma qurumun iclası keçirilib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, "milli assambleya”nın iclasından sonra "deputatların” hamısı Xankəndi şəhərinin mərkəzi meydanında keçirilən mitinqdə iştirak ediblər və bəyan ediblər ki, son bir neçə ayda baş verən hadisələr, müxtəlif güc mərkəzlərinin və beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeləri onlarda ciddi narahatlıq doğurub.

"Milli assambleya” adından səslənən bəyantada aşağıdakılar qeyd olunub:

"Artsax” heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq. Bu ideya Azərbaycan-Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməlidir. Ermənistan Respublikasının heç bir orqanının Artsax xalqının təhlükəsizliyini təmin etmək missiyasından imtina etmək və ya suveren Artsax Respublikasının mövcudluğuna şübhə doğuran hər hansı sənədi məqbul hesab etmək hüququ yoxdur. Biz Ermənistan Respublikasının hakimiyyətindən mövcud fundamental sənədlərə, xüsusən Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə və Ali Məhkəmənin tarixi qərarına əsaslanaraq, beynəlxalq platformalarda iki Ermənistan respublikasının ümumi maraqlarını müdafiə etməyi tələb edirik. Bölgəmizdə sülhün və sabitliyin təmin edilməsində Rusiyanın tarixi rolunu nəzərə alaraq, Rusiya Prezidenti V. Putinin birbaşa və fəal iştirakı ilə biz Rusiya Federasiyasına Artsax xalqının təhlükəsizliyini təmin etmək öhdəliyini davam etdirməyə çağırırıq”.
 
Oktyabrın 31-də Azərbaycan,Ermənistan və Rusiyanın üçtərəfli Soçidə görüşü keçiriləcək. Putinin hər iki ölkənin liderləri ilə ayrılıqda görüşəcəyi planlaşdırılır.
 

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol