• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının illik toplantısı ilk dəfə Bakıda

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının illik toplantısı ilk dəfə Bakıda
02.11.2022 19:50
Noyabrın 2-də Bakıda PISA İdarə Heyətinin 54-cü görüşünə start verilib.  

PISA İdarə Heyətinin iclası ilə əlaqədar dünyanın 46 ölkəsindən 70-dən çox ekspert hazırda Bakıda səfərdədir. Pandemiyadan sonra ilk dəfə hibrid formada keçirilən tədbirdə ümumilikdə 150-dən çox nümayəndə iştirak edir. 

Görüşün plenar sessiyasının açılışında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu yüksək səviyyəli tədbirin Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsindən məmnunluq hissi duyduğunu vurğulayıb.

Azərbaycanlı şagirdlərin beynəlxalq qiymətləndirmə tədqiqatlarında əldə etdikləri nəticələrdən danışan Emin Əmrullayev bildirib ki, təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyasında PISA nəticələri də əsas keyfiyyət standartı olaraq müəyyən edilib.

Sözügedən tədbirin ölkəmizin təhsil ictimaiyyəti üçün kifayət qədər yeni bir təcrübə olduğunu qeyd edən elm və təhsil naziri şənbə günü  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə birgə fərqli ölkələrdən gələn mütəxəssislərin də iştirakı ilə qiymətləndirmə sahəsində keçiriləcək konfransın çox böyük əhəmiyyətə malik olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Emin Əmrullayev çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
Daha sonra görüş sessiyalarla işini davam etdirib.

Tədbir 4 noyabr tarixinədək davam edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol