• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Ermənistana səfərinin Azərbaycan üçün riskləri ola bilərmi? - AÇIQLAMA

Putinin Ermənistana səfərinin Azərbaycan üçün riskləri ola bilərmi? - AÇIQLAMA
18.11.2022 17:18
Rusiya Prezidenti Vladimir Putin gələn həftə Ermənistana səfər edəcək. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
 
Dmitri bildirib ki, Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək sammitdə iştirak edəcək. Samitin noyabrın 22-23-də baş tutmasıı planlaşdırılır. 

Politoloq Tural İsmayılov deyir ki, Putin Ermənistana "qulaq burması" vermək üçün gedir.
 
"Hazırda Ermənistanda Rusiyaya qarşı açıq aksiyalar keçirilir. Paşinyan və komandası Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərk etməsi ilə bağlı təhdidlər səsləndirir. Buna görə də, Rusiyanın Ermənistana "qulaq burması” verməsinə də ehtiyac yaranıb. Putinin Ermənistan səfərində həmçinin Paşinyana qarşı çox sərt fikirlər səslənəcək”,- Tural İsmayılov bildirib.
 
Politoloq bildirib ki, KTMT-nin bu iclası əvvəlkilərdən daha geniş miqyas daşıyır və Putinin səfəri də məhz bu iclasa yönəlikdir. Onun sözlərinə görə, səfər çərçivəsində Rusiya və Ermənistan münasibətlərinin gələcəyi də müzakirə olunacaq.

"Səfərdə Ermənistanın Rusiya və KTMT əleyhinə apardığı siyasətin Ermənistanı uçuruma aparacağına dair son xəbərdarlıq ediləcək. Paşinyan KTMT-də Azərbaycan əleyhinə bəyanatların verilməsinə çalışır. Azərbaycanın KTMT ölkələri ilə qarşılıqlı münasibətləri olduğu üçün səfərin Azərbaycan üçün mənfi nəticələri gözlənilən deyil”,- politoloq bildirib.
 
Politoloq İlyas Hüseynov isə hesab edir ki, Ermənistan bu iclasda hərbi-siyasi bütün imkanlarından özü üçün istifadə etməyə çalışacaq.

"Səfəri hərbi-siyasi təşkilat daxilində olan növbəti  görüş kimi qiymətləndirmək olar. Qarabağ məsələsi Azərbaycan üçün bitmiş hesab olunsa da, Ermənistan hələ də məsələnin bitdiyini qəbul etmir", - Hüseynov bildirib.

Politoloqun sözlərinə görə, Qarabağda olan ermənilərin təhlükəsizliyi və hüquqları məsələsini siyasiləşdirməyə cəhdlər göstərilir, regionda yerləşdirilən Rusiya sülhməramlıları da prosesə cəlb olunmağa çalışılır. Rəsmi Bakının isə Qarabağ ermənilərinin siyasi proseslərə alət edilməsinin yolverilməz olması barədə mövqeyi prinsipialdır.
 

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. 
Görüşdə qəbul edilən bəyənata əsasən, güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlinib. 

Lida Abbaslı


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol