• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanın təxribatları barədə məlumatlandırıb
26.11.2022 13:42
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdə Ermənistanın təxribatları barədə məlumat verib.

Bu barədə XİN-dən bildirilib.

Görüş zamanı, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi üzrə səylər, mümkün növbəti addımlar müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycan tərəfindən təqdim edilmiş 5 baza prinsipləri əsasında hazırlanmış sülh müqaviləsi elementləri və Ermənistan tərəfinin şərhləri üzrə Vaşinqtonda aparılmış müzakirələr barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin liderlər arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozaraq, Azərbaycana qarşı hərbi fəaliyyəti davam etdirməsi, törədilən mina təhdidi və bir neçə gün əvvəl 2021-ci il Ermənistan istehsalı yeni minaların aşkarlanması faktı barədə qarşı tərəfə müfəssəl məlumat verilib. Bölgədə qarşılıqlı şəkildə kommunikasiyaların açılması üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyi və bu istiqamətdə Ermənistanın öhdəliklərinin hələ də yerinə yetirmədiyi vurğulanıb. Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin baxışları qarşı tərəfin diqqətinə çatdırılıb.

Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının səyləri davam etdirmək niyyətində olduğunu bildirib. Normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqların vacib olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol