• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi - YENİLƏNİB

Naxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi - YENİLƏNİB
28.11.2022 10:10
 Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyevin həbsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Rafael Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatların və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə həbs edilib.

Belə ki, bir neçə gün əvvəl DTX Naxçıvan MR Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, müxtəlif rəhbər vəzifəli şəxslər məsuliyyətə cəlb edilərək həbs ediliblər.

Aparılan cinayət işi üzrə Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu da həbs edilib. Həmin vəzifəni isə 2020-ci ilin avqust ayınadək Rafael Rza oğlu Əliyev tutub.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 19 avqust 2020-ci il sərəncamı ilə Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib. Bundan sonra Mənsur Əsgərov Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə gətirilib.


 08-20
Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla  "xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. 
NMR Maliyyə nazirinin həbsinin  təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol