• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir Zəngəzur dəhlizi və erməni təxribatlarından DANIŞDI

Nazir Zəngəzur dəhlizi və erməni təxribatlarından DANIŞDI
01.12.2022 22:46
"Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir".
 
Bu fikirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
 
"Azərbaycanın yanaşması aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanır. Tərəflər təcili olaraq dövlətlərarası münasibətlərinin əsasını qoyan hüquqi qüvvəyə malik sənədi razılaşdırmalıdırlar. Bu sənəd onların iki bərabərhüquqlu suveren dövlət kimi hüquqlarına zəmanət verir və dövlətlərarası münasibətlər çərçivəsində ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün əsas yaradır", - nazir bildirib.
 
C.Bayramov qeyd edib ki, ikitərəfli danışıqların dinamikliyinin artmasına baxmayaraq, Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində irəliləyiş çox məhdud olaraq qalır:
 
"Hər üç ölçüdə Ermənistan prosesdə səmimi iştirak etməkdənsə, keçmiş imitasiya təcrübələrinə sadiqdir. Sülh gündəliyi ilə bağlı şifahi öhdəliklərə baxmayaraq, Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır".
 
Nazir vurğulayıb ki, Ermənistan hələ də qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb:
 
"Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina da daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni surətdə gecikdirir. Əvəzində Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyası aparır.
 
Hər iki tərəfin nəhayət davamlı sülhə doğru irəliləmək üçün real şansının olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Ermənistanı normallaşma prosesinə xələl gətirmək cəhdlərindən əl çəkməyə inandırmalıdır. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün tarixi fürsətdən istifadə etməlidir. Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa yol açacaq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol