• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Respublikasının ordusu ən güclülər sırasındadır

Azərbaycan Respublikasının ordusu ən güclülər sırasındadır
24.12.2022 15:00
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "İlham Əliyev-sərkərdəlik faktoru” mövzusunda dəyirmi masa keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
 
Tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
 
Bu gün Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Vətən müharibəsində Azərbaycan Ordusu gücünü və nəyə qadir olduğunu bütün dünyaya bir daha sübut etdi.
 
Sonda iştirakçılara "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı təqdim olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol