• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Qarabağda yaşayan ermənilərə ayrılacaq pulun məbləğini açıqlayıb

Paşinyan Qarabağda yaşayan ermənilərə ayrılacaq pulun məbləğini açıqlayıb
10.01.2023 14:28
Ermənistan 2022-ci ildə Qarabağda yaşayan ermənilərə 170 milyard dram ( 256,5 milyon dollar) maliyyə dəstəyi göstərib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfrasında bildirib. 
 
Onun sözlərin görə, bu məqsədlə baş nazirin müavininin rəhbərliyi ilə işçi qrupu da yaradılıb.
 
Baş nazir bildirib ki, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizinin normal fəaliyyətini təmin etməlidir, çünki bəyanatda belə bir öhdəlik var.
 
"Laçın dəhlizi ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasında da qaldırmışıq və bu, BMT Təhlükəsizlik Şurasının gündəliyində qalır. Təbii ki, mən də Rusiya sülhməramlı qoşunları ilə bağlı mövqe bildirmişəm. Bir daha diqqəti cəlb etməliyəm ki, bəli, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizinin normal fəaliyyətini təmin etməlidir. Bu, üçtərəfli bəyanatda aydın şəkildə ifadə olunub.
 
Lakin o, faydalı qazıntı yataqlarına Azərbacan ekoloqlarının missiyasının nə vaxt buraxılacağı məsələsinə aydınlıq gətirməyib. 
 
Dekabrın 12-dən azərbaycanlı ekoloqlar Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə etiraz aksiyası keçirir. Bu gün aksiyanın 30-cu günüdür. Aksiya iştirakçıları faydalı yataqların qanunsuz istismarı etiraz edir. Azərbaycanlı ekoloqların etirazına cavab olaraq Xankəndində yaşayan ermənilər bu dövr ərzində iki dəfə aksiya keçirib. Onlar yolun açılmasını tələb edirlər. 
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Aksiya başlandığı gündən Azərbaycan və Ermənistana bir çox ölkələr tərəfindən çağırışlar olub. Çağırışlar hər iki ölkəni gərginliyi azaltmağa yönəlib. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Gülnar Nazimqızı 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol