• $
  • €
  • ₽
  • ₺
  • £

Dağıstan və Azərbaycanda "Heydər Əliyev ili" ilə bağlı tədbirlər keçiriləcək

Dağıstan və Azərbaycanda "Heydər Əliyev ili"  ilə bağlı tədbirlər keçiriləcək
20.02.2023 15:23
2023-cü ildə Dağıstanda və Azərbaycanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və xalq şairi Rəsul Qəmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir. 
 
Birgə tədbirlər planını Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Dağıstan Respublikası Hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov imzalayıblar.


"Görüşdən sonra Şahin Mustafayev və Əbdülmüslim Əbdülmüslimov "Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planı” imzalayıblar.  Tərəflər 2023-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və dövlət xadimi Əziz Əliyevin xatirəsinə Dağıstanda və Dağıstanın xalq şairi Rəsul Qəmzətovun 100 illik yubileylərinin Azərbaycanda keçirilməsinə razılıq verib. Tədbirlər planında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və sərhəd infrastrukturunun təkmilləşdirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. "Azərbaycan tərəfi Rusiya Federasiyası ilə dövlət sərhədindəki buraxılış məntəqələrinə gedən avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması işlərini həyata keçirir", - məlumatda qeyd olunub. 

Həmçinin sənaye kooperasiyasının yaradılması, o cümlədən şüşə sənayesində birgə müəssisələrin yaradılması və gəmiqayırma sahəsində əməkdaşlıq nəzərdə tutulur.
 
Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiya Federasiyasının 80-dən çox subyekti ilə iqtisadi əlaqələr saxlayır. 20 subyektlə, o cümlədən Dağıstanla ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bildirilir ki, tədbirlər planı dekabrda Azərbaycan prezidenti İlham Əliyevlə Dağıstanın rəhbəri Sergey Melikov arasında keçirilən görüşdən sonra hazırlanıb.
 
Gülnar 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol