• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN Ermənistanın bəyanatına münasibət bildirib

Azərbaycan XİN Ermənistanın bəyanatına münasibət bildirib
19.03.2023 16:52
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab verib.

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən bəyanatını qətiyyətlə pislədiklərini və rədd etdiklərini bildirib.

"Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq. Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışının Üçtərəfli bəyanatın "pozuntusu” və "qanunsuz məskunlaşma” kimi qələmə verməsi riyakarlığın növbəti açıq təzahürüdür. Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir. Bu bəyanat eyni zamanda, azərbaycanlılara qarşı onilliklər ərzində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirmiş monoetnik dövlət olan Ermənistanın nəinki öz ərazisindən, hətta Yaxın Şərq ölkələrindən erməniləri işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırmaqla güddüyü mənfur məqsədə - saxtakarcasına Azərbaycan ərazilərini "erməniləşdirmək” və azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədindən əl çəkmədiyini nümayiş etdirir. Azərbaycan Respublikasının yaşayış məntəqələrinə qondarma adlarla istinad edilməsi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının daha bir təzahürüdür. Görünür, beynəlxalq hüquq, ərazi bütövlüyünə hörmət prinsipi ilə yenicə tanış olan Ermənistan bu sahədə maariflənmə fəaliyyətini hələ davam etdirməlidir”, - o vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol