• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan: Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb

Paşinyan: Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb
12.04.2023 19:52
Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, iki mərhələ mövcuddur: Madrid prinsiplərinin qəbuluna qədər və ondan sonra: "2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. Müəyyən edildi ki, Qarabağın statusu hansısa mexanizmlə dəqiqləşdirilməlidir və bu statusun dəqiqləşdirilməsi mexanizmi məğz olaraq Azərbaycanla razılaşdırılmalıdır. Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin "möhtəşəm” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etməsində başlanğıc nöqtəyə çevrilib”.

Nikol Paşinyan qeyd edib ki, Madrid prinsiplərinə görə, Ermənistan Respublikası Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. "Bu faktın üstündən keçə, ondan yayına bilərik, amma bu gün məhz onun "bəhrəsi”ni görürük”, - o fikrini izah edib.

Ermənistan baş naziri 2018-ci ilin may ayından bu yana bu barədə açıqlama verməmələrini hökumətinin səhvi olduğunu vurğulayıb. "Hansısa yolla bu tələdən çıxa biləcəyimizi və ya heç olmasa bu tələdən çıxmağa töhfə verəcəyimizi düşündük. Ancaq tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, - Nikol Paşinyan fikrini yekunlaşdırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol