• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiətə müraciət edib - VİDEO

Qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiətə müraciət edib - VİDEO
14.04.2023 13:51
Azərbaycanın qeyri-hökumət təşkilatları 2 Azərbaycan hərbçisinin Ermənistanda saxlanması və onlara qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. 

"Azərbaycan və Ermənistan arasında uzaqlaşmanı daha da dərinləşdirə biləcək daha bir qorxulu məsələyə görə öz səsimizi qaldırırıq. Bu həftənin əvvəlində 2 Azərbaycan əsgəri pis hava şəraitində itkin düşüb və Ermənistan hakimiyyəti bu əsgərlərin onların nəzarətində olduğunu təsdiqləyib. Lakin sonra erməni mətbuatında bu əsgərlərin işgəncəyə məruz qalması ilə bağlı görüntülər ortaya çıxdı. Onların döyülməsinə və alçaldılmasına dair təkzibolunmaz sübutlar var. Ermənistan hakimiyyəti nəinki Cenevrə Konvensiyalarını açıq-aşkar pozur, hətta hazırda sosial şəbəkələrdə yayılan müvafiq kadrlarla və həmin əsgərlərlə tamamilə biabırçı şəkildə rəftarları ilə qürur duyurlar. Biz müvafiq beynəlxalq təşkilatları və ədalət keşiyində duran qurumları insan hüquqlarına və beynəlxalq humanitar hüquqa bu qeyri-bərabər hörmətsizlik qarşısında səssiz qalmamağa, bu məsələ başda olmaqla, növbəti faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq", - müraciətdə qeyd olunub. 
 
 
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundov aprelin 10-da və 13-də Ermənistanda saxlanılıblar. Erməni sosial hesablarında Aqşin Bəbirovun işgəncələrə məruz qalması fotoları paylaşılıb. 
 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda olmasını ehtimal edərək onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol