Rəsmi Bakı Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir:
"Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.
www.anews.az
Son xəbərlər 
Daha çox 























