• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Qarabağ ermənilərini Azərbaycan vətəndaşlığını qəbul etməyə dəvət edib

Əliyev Qarabağ ermənilərini Azərbaycan vətəndaşlığını qəbul etməyə dəvət edib
18.04.2023 21:22
Qarabağ erməniləri seçim etməlidir - ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da başqa yaşayış yeri axtarmaq. Bunu çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində deyib.

"Biz dəfələrlə bəyan etmişik ki, heç bir ölkə ilə daxili işlərimizi müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da başqa yaşayış yeri axtarmalıdırlar. Burada tam azadlıq var, bütün demokratik əsaslar təklif olunur”, -prezident bildirib.


Əliyev söyləyib ki  bu məsələ insan hüquqları əsasında həll edilməlidir.
 
2020-ci il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar. Sənədə əsasən, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində dayanıb, bir sıra rayonlar Bakının nəzarətinə keçib, təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib. Daha sonra üç ölkənin liderləri regiondakı vəziyyətlə bağlı daha bir neçə birgə bəyanat qəbul ediblər. Azərbaycan və Ermənistan ötən il sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
 
Gülnar
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol