• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın son addımları yeni qarşıdurmalardan xəbər verir - Zahid Oruc/VİDEO

Paşinyanın son addımları yeni qarşıdurmalardan xəbər verir - Zahid Oruc/VİDEO
12.05.2023 12:02
Nikol Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada Azərbaycanı antidemokratiklikdə suçlaması, Qərbin "Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkə əleyhinə yeni planlardan və  qarşıdırma məqsədlərindən xəbər verir. Bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Zahid Oruc bildirib. 
 
 
"Azərbaycanın hərbi təhdidi Ermənistan demokratiyası üçün təhlükədir” ritorikasını işə salanlar unudur ki, işğalçı və separatizmə dəstək verən dövlət demokratik  sayıla bilməz. Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan "müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana  təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan "sülh müqaviləsi” bu il  imzalanmasa, sərhədlər açılmasa Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq. Ermənistanı "demokratiya mayakı” kimi tərif edənlərə Azərbaycan vətəndaşı olmaq istəyən şəxsə qaldırılan cinayət işini xatırladırıq. Xankəndi erməniləri ilə birgəyaşyışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. Human Rihgts Watch son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində belə hesabatlar və "Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər. İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan 2-ci Saakaşvili düzəldirlər", - deputat söyləyib. 
 
 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol