• $
  • €
  • ₽
  • ₺
  • £

BMT katibliyi Qərbi Azərbaycan İcmasının məktubunu rəsmi sənədi kimi yayıb

BMT katibliyi Qərbi Azərbaycan İcmasının məktubunu rəsmi sənədi kimi yayıb
20.05.2023 10:30

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.

Bu barədə İcmanın sözçüsü Ülviyyə Zülfiqar məlumat verib.

Sözçü qeyd edib ki, İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

İcmanın sözçüsü bildirib ki, sözügedən müraciətin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycanda dağıdılan mədəni irsimizlə bağlı məsələnin beynəlxalq gündəliyə gətirilməsində mühüm rol oynayan bir addımdır.

"Bu sənədin yayılması ilə həm də BMT-yə üzv dövlətlər indiki Ermənistan ərazisində məhv edilmiş və ya başqa ölkələrə məxsusmuş kimi təqdim edilən irsimiz barədə daha ətraflı məlumat almış olur. Mədəni hüquqların, yəni, bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir”- deyə Ülviyyə Zülfiqar vurğulayıb.

Qeyd etmək yerinə düşər ki, sözügedən müraciətdə İcma üzvləri Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlıqlarını ifadə etməklə Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi üçün buraya faktaraşdırıcı missiya göndərməsini bir daha xahiş etmişdi. Bu artıq Qərbi Azərbaycan İcmasının BMT-də yayılan üçüncü rəsmi sənədidir. Bu ilin yanvar ayında İcmanın Beynəlxalq ictimaiyyətə müraciəti, mart ayında isə Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol