• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya-Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik - Paşinyan

Rusiya-Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik - Paşinyan
02.06.2023 17:18
Ermənistan Rusiya-Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyil. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 4-də Çexiyaya səfəri zamanı CNN Prima News telekanalına müsahibəsində deyib. 
 
"Ukrayna ilə müharibədə biz Rusiyanın müttəfiqi deyilik. Bizim bu müharibədən, bu münaqişədən duyduğumuz hiss narahatlıqdır, çünki bu, bütün münasibətlərimizə birbaşa təsir edir". 

Ermənistan hökumətinin başçısı qeyd edib ki, Qərb ölkələri İrəvanı Moskvanın müttəfiqi hesab edir, Moskvanın özü isə yox. Bu şəraitdə Ermənistan " heç kəsin müttəfiqi deyil.. və buna görə də həssasdır”.

Rusiya prezidentinin sözçüsü bildirib ki, Paşinyanın bu sözləri Moskvada çox ciddi qəbul olunur. 
 
"Ermənistan getdikcə Rusiya ilə dostluq münasibətləri dəyişir. Moskva Paşinyanın Ukrayna böhranı ilə bağlı Ermənistanın Rusiyanın müttəfiqi olmadığı barədə dediklərini çox ciddi qəbul edir. Paşinyan Ermənistanı Rusiya ilə dostluqdan Rusiyanın düşməni olmağa doğru  aparır", - Peskov söyləyib.
 
Siyasi məsələlər üzrə ekspert İlyas Hüseynov bildirir ki, Rusiyanın ətəyindən yapışan Paşinyan geosiyasi vektorunu dəyişməyə meyillənib. 
 
"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Ukrayna müharibəsində tutduğu mövqe hər zaman birmənalı deyil. Vətən Müharibəsindən öncə Rusiyanın ətəyindən yapışan Ermənistanın siyasi rəhbərliyi artıq geosiyasi vektorunu dəyişməyə meyillidir. Eyni zamanda rusiyaya tətbiq olunan saksiyalardan yayınaraq gəlir əldə edir. Əldə olunan iqtisadi rəqəmlər Ermənistanın xeyrinə məhz Rusiya -Ukrayna müharibəsindən əldə olunan qazancla ifadə olunanda Rusiyaya qarşı fikirlər və ritorika dəyişir. Məhz Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsi müzakirə olunanda Paşinyan Rusiyanın müttəfiqi deyilik açıqlaması verir və bununla Qərb partnyorlarına mesajlar verir. Mesajlar da bundan ibarətdir ki, Nikol Paşinyanı və dövlətini qorumaq lazımdır. 2018-ci ildən bu yana Rusiyaya qarşı Ermənistanda artan xətt üzrə bir demarş siyasəti icra olunur və zaman zaman bu siaysət özünü açıq şəkildə göstərir", - ekspert söyləyiib. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol