• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda baş verən təxribatlar 90-ci illəri xatırladır- Vahid Əhmədov/VİDEO

Qarabağda baş verən təxribatlar 90-ci illəri xatırladır- Vahid Əhmədov/VİDEO
16.06.2023 11:47
Qarabağda baş verən təxribatlar 90-ci illəri xatırladır. Bunu deputat Vahid Əhmədov deyib. 

"Son günlər ard-arda baş verən atəşkəsin pozulması, Ermənistanın təxribatı 90-ci illəri xatırladır. O vaxtı da ölkələr yığışıb Avropada, Amerikada danışıqlar aparırdı. Sülh danışıqları müzakirə olunurdu, amma nəticə yox idi. Nəhayət ölkə başçısı 2020-ci ildə öz iradəsini göstərdi. İndi isə Qarabağda yaşayan ermənilərin hüquqları bəhanəsi ilə növbəti Amerika, Avropa müzakirələri keçirilir. Burada İranla bərabər Rusiya da sülhün imzalanmasında maraqlı deyil. Çünki sülh imzalansa sülhməramlılar ərazini tərk etməlidir. Rusiya isə bunu istəmir”, - deputat iyunun 16-da keçirilən Milli Məclisin iclasında çıxışı zamanı deyib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırıb. 
 
Azərbaycan Baş Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlayıb. 

 
Gülnar Nazımqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol