• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: 90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib - VİDEO

Zahid Oruc: 90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib - VİDEO
06.07.2023 18:04
90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib. Bunu deputat Zahid Oruc deyib.       
 
"24 iyunda prezident İlham Əliyev İrəvana ardıcıl səfərlər edən beynəlxalq missiyaların məqsədlərini ifşa edərək dedi, sitat:”Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatları sərhəddə şəkillər çəkdirir, bizə mesajlar ünvanlayırlar”. Ölkə rəhbərinin hədəfində Avropa Parlamentinin mandatı altında silahlanan bir qrupun olduğu şübhəsizdir.AvroParlamentin Alt Komitəsinin sədri Natalı Luazo 6 nəfərlə birlikdə iyunun 19-da  Laçın sərhəddinə gələrək 4 aydır orada keşik çəkən Aİ-nin missiyasına birləşdilər, Zəngəzurda "Qarabağ köçkünləri” ilə görüşərək, sərhəddə və Laçın büraxılış məntəqəsinə beynəlxalq qüvvələrin yeridilməsini və BMT-nin təcili qətnaməsini tələb etdilər. Natali Luazo dedi ki, rus sülhməramlı qüvvələrini hər yerdə görüb, təkcə Laçın postundan başqa. Halbuki, Azərbaycan o məntəqədə bayraq qaldırmağa cəsarət edib”. Göründüyü kimi, 30 ildir Xankəndinə qanunsuz gələnlərin yolu bağlanıb və sülhməramlı olmayanlar Rusiya hərbi kontingentini regiondan çıxarıb NATO-nu yerləşdirmək, sərhəddi döyüş xəttinə çevirmək niyyətindədilər. 22 iyunda AŞPA və Avroparlamentin Laçın yolunun açılmasını tələb edən qətnamələri sinxron, vahid mərkəzdən idarə olunurdu və erməni mediası Azərbaycan nümayəndə heyətinin 60 təklifindən heç birinin qəbul olunmamasını bayram etdi. Elə həmin gün ABŞ Konqresinin 54 üzvü  Co Baydendən Azərbaycana hərbi yardımı dayandırmağı və Xankəndiyə dəstək göstərməyi xahiş etdilər", - deputat iyulun 6-da Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. 
 
Deputat iclasda Natali Luazonun ermənimeyilli biri olduğunu da açıqlayıb. 
 

"Bəs Natali Luazo kimdir. Fransanın hakim Respublika hərəkatının üzvü, qəddar türkofob, islamofob, afrikalılarla bağlı aşağılayıçı irqçi açıqlamalarının müəllifi, səfir vəzifəsində çalışarkən maliyyə cinayətlərini açıqlayan işçisini intihara sövq edən şəxsdir. Natali Luazo Laçınla sərhədə 4 dəfə deputat seçilən, sabiq xüsusi xidmət əməkdaşı, Fransanın Balkanlarda casusu erməni Arnaud Danjyanla birlikdə gəlib. İyunun 24-də 1906-cı ildən şəbəkələşən "Ümumerməni Xeyriyyəçilik  İttifaqı” onun şərəfinə Fransada, Paris meri Valeri Pekresin iştirakı ilə şükranlıq naharı düzənləyib. Ölkə başçısı məhz Pekresi nəzərdə tutaraq, hünəriniz varsa bir də gəlin, görək sonra axırınız nə olacaq, dedi.Beləliklə, sual olunur, nə üçün avropalı deputatlar öz ölkələrinin sərhədlərini Yaxın Şərqdə devirdikləri hakimiyyətlərdən və xaosdan sonra rezin qayıqlarla gələn yüz minlərə açmırlar? Necə olur ki, onların ərazisi suveren və toxunulmazdır, bizə gəldikdə isə hamısı sərhədsiz reportyor, həkim, diplomatdılar? Belə beynəlxalq səfərlər üçün hazırlanan sərhəd təxribatları  və qətnamələr "Avropa dəyərlərinin alınıb-satıldığını göstərir və vaxtilə Amerikanın İraka hücumunu dəstəkləyən şərqi avropalı və keçmiş sovet  rəhbərlərini suçlandıran Jak Şirak demişdi ki, o liderlər ən yaxşı şanslarını-susmaq imkanlarını itirdilər. İndi "qlobal erməni milləti”-nin Avroparlamentdəki  siyasi korrupsiya şəbəkəsi sülh prosesinə zərbə vurmaqla separatizmin Qərb tərəfindən müdafiə olunduğunu göstərdikləri üçün gərək danışmasınlar. Bəli, 90-cı illərin staravoytovalarını indi luazolar əvəzləyib", - millət vəkili bildirib. 

 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol