• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan razılıq verdiyi iki məsələdən imtina edib - XİN

Ermənistan razılıq verdiyi iki məsələdən imtina edib - XİN
14.08.2023 11:04
Beynəlxalq Qızıl Xaç Komitəsi(BQXK) vasitəsilə humanitar yüklərin yerli erməni sakinlərə çatdırılması və Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndəsi arasında görüş ləğv olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çardırılmasına şərait yaratmanq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca isə, 24 saat ərzində BQXK-nın Laçın youndan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər. Yevlaxda Azərbaycanın xüsusi numayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu”, - bəyanatda qeyd olunub.

Xarici İşlər Naziri bəyanatda qeyd edib ki, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırıb. 
 
Avqustun 1-də Caliber.az saytı məlumat paylaşaraq bildirmişdi ki, Yevlaxda Bakının hökumət nümayəndələri ilə Qarabağda yaşayan etnik azlıq nümayəndələrinin görüşü ola bilər. Görüşün üçüncü tərəf olmadan keçirilməsi nəzərdə tutulurdu. 
 
Ermənistan Azərbaycanın razılığı olmadan Qarabağda yaşayan ermənilərə humanitar yükün Laçın dəhlizindən keçirilməsinə cəhd edib. Azərbaycan ərazisinə qanunsuz daxil olduğu üçün sərhəd-keçid məntəqəsi yüklərin keçirilməsinə icazə verməyib. Rəsmi Bakı bildirib ki, Ermənistan yüklərin Ağdam yolundan keçirilməsinə razılıq verib. 

Rabia Hale Seferoğlu

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol