• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq müzakirə edilib
27.08.2023 15:48
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda  Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq "Şərəf kitabı” imzalanıb.

Qarşılama mərasimindən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da yüksələn templə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri kimi qardaş ölkəyə ilk rəsmi səfərindən məmnunluğunu ifadə edən cənab Yaşar Gülər göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələr arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol