• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN rəsmisi Fransa nazirinə cavab verib

Azərbaycan XİN rəsmisi Fransa nazirinə cavab verib
29.08.2023 16:58
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Katrin Kalonanın ermənipərəst mövqeyini qəbuledilməz olduğunu deyir. Bu barədə XİN-in sözçüsü Ayxan Hacızadə deyib. 
 
Fransanın xarici işlər naziri  Katrin Kolonna mətbuata açıqlama verərək bildirib ki, Bakı erməniləri Qarabağdan çıxarmaq üçün strategiyalardan istifadə edir. Nazir vurğulayıb ki, Fransa iki ölkə arasında sabitliyin bərpası üçün səylərini əsirgəmir. Kalona bu cür davranışlara görə Bakını ittiham edərək  "bu cür hərəkətləri əxlaqsız" adlanıdırıb. 


"Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilməsinə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və hüquqlarının tapdanılmasına, Azərbaycanın şəhər və kəndlərinin viran qoyulması və talan edilməsinə, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-siyasi təxribatlara son qoymaması, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir", - XİN rəsmisi bildirib.
 
Bundan əvvəl, avqustun 16-da Fransanın xarici işlər naziri Ermənistanlı həmkarı ilə danışığında Laçın yolunun "blokada"da olmasından və "erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi"ndən narahat olduğunu açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi  Fransanın xarici işlər naziri Katrin Kolonanın Laçın dəhlizinin "blokada" qalması iddialarını rədd edib. 
 
Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın tələbi ilə Qarabağdakı humanitar vəziyyət müzakirəyə çıxarılıb. Azərbaycan tərəfdən Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistan tərəfdən xarici işlər naziri Ararat Mirzoyan iclasda iştirak edib. Nəticədə Ermənistan tərəfinin tələbinin əsassız olduğu müəyyən olunub. 
 
Gülnar 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol