• $
  • €
  • ₽
  • ₺
  • £

İranın sərhəd bölgəsinə qoşun yığması yalan məlumatdır - Məhəmməd Hüseyn Baqeri

İranın sərhəd bölgəsinə qoşun yığması yalan məlumatdır - Məhəmməd Hüseyn Baqeri
13.09.2023 16:21
İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası yoxdur. Bunu İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığı zamanı deyib. 

Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
 
Sosial şəbəkələrdə İranın sərhəd ərazilərinə canlı texnika toplaması barəsində görüntülər yayılıb. 
 
Bundan əvvəl, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib ki, Tehran Qafqazdakı vəziyyəti diqqətlə izləyir və sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır. 
 
İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, briqada generalı Məhəmmədrza Aştiani bu gün mətbuata açıqlamasında deyib ki, İran Ermənistanla Azərbaycan arasında hər hansı müharibənin olacağını gözləmir. 
 
İranla Azərbaycanın münasibətləri yanvarın 27-də Tehranda yerləşən Azərbaycan səfirliyinə hücumdan sonra pisləşib. Hücum nəticəsində səfirliyin mühafizə rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin digər iki əməkdaşı yaralanıb. Tehran polisinin komandiri general Hüseyn Rəhimi mətbuata açıqlamasında bildirib ki, hadisəni törədən şəxs həbs olunub. İlkin məlumata görə hadisə şəxsi məsələ zəmnində baş verib. 
 
Azərbaycan prezidenti və Xarici İşlər Nazirliyi baş verən hadisəni terror aktı kimi qiymətləndirib. İran baş verən hadisəyə görə istintaqda cinayəti törədən şəxsə ən ağır cəza verəcəyini açıqlasa da hələlik bununla bağlı ciddi tədbir görməyib. 
 
Gülnar 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol