• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı hökm çıxarılacaq

Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı hökm çıxarılacaq
13.09.2023 17:04
Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı basqın etməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq tamamlanıb və onlara ittiham aktı təqdim edilib. Bunu Tehranın Baş və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi deyib.

Prokuror qeyd edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumun səbəbkarlarına qarşı cinayət işi kifayət qədər tez və dəqiq aparılıb.

Əli Salehinin sözlərinə görə, bu işlə bağlı başqa şübhəli məqamlar da var. Salehi onu da bildirib ki, bu işdə iki ölkə arasında məhkəmə əməkdaşlığı məhkəmə prosesi başa çatana qədər davam edəcək və təqsirləndirilən şəxslərə ədalətli hökm çıxarılacaq.

Avqustun 8-də İranın baş prokurorunun müavini Mehdi Əmiri İsfahani Azərbaycanda baş prokorur Kamran Əliyevlə görüşündə məlumat verərəkən bildirib ki, Tehranda Azərbaycan səfirliyində baş vermiş terror aktının istintaqı qısa zamanda tamamlanacaq və təqsirli şəxslər layiqli cəzasını alacaq.
 
İyulun 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da açıqlama verərək bildirib ki, Tehranda Azərbaycan səfirliyində törədilən cinayətin səbəbkarına ağır və şiddətli cəza veriləcək. 
 
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol