• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda antiterror əməliyyatları tapşırıqları yekunlaşmaq üzrədir - Hikmət Hacıyev

Qarabağda antiterror əməliyyatları tapşırıqları yekunlaşmaq üzrədir - Hikmət Hacıyev
19.09.2023 21:01
Bakının  Qarabağda həyata keçirdiyi antiterror əməliyyatının tapşırıqları yekunlaşmaq üzrədir, bunu Türkiyənin TRT telekanalına Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

"Əsas tapşırıqların tamamlanmaq üzrə olduğu bildirilir. Əvvəllər müəyyən etdiyimiz hərbi hədəflər artıq zərərsizləşdirilib. Bundan sonra isə planlaşdırıldığı kimi, əməliyyatlar daha məhdud miqyasda davam etdiriləcək",- Hacıyev qeyd edib.

Prezidentin köməkçisi vurğulayıb ki,  Azərbaycan "əməliyyat barədə Rusiya və Türkiyəni məlumatlandırıb”.

O əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan digər məsələlərlə yanaşı, Türkiyə prezidentinin Qarabağ üzrə Ermənistanın iştirakı ilə dördtərəfli formatda danışıqların aparılması təşəbbüsünü də müzakirə ediblər.

Qarabağ əməliyyatının məqsədlərini şərh edən prezidentin köməkçisi bildirib ki, regionun indiki rəhbərliyi uzaqlaşdırılmalı, orada yerləşdirilən erməni hərbçiləri tərksilah edilməlidir.

"Bizim əsas məqsədimiz hərbi infrastrukturu zərərsizləşdirməkdir. Əməliyyat başlamazdan əvvəl Azərbaycan tərəfi radio, televiziya, SMS və digər xidmətlər vasitəsilə dinc əhaliyə təhlükəsizlik tədbirlərinin görülməsinin zəruriliyi barədə məlumat verib.

Sentyabrın 19-da D Qarabağda gərginlik yenidən artıb. Bakı qondarma "yerli antiterror tədbirləri”nə başladığını elan edib və erməni qoşunlarının bölgədən çıxarılmasını tələb edib. İrəvan isə öz növbəsində Qarabağda erməni qüvvələrinin olmadığını bəyan edərək, baş verənləri "genişmiqyaslı təcavüz aktı” adlandırıb. Ermənistan paytaxtının sakinləri Ermənistan hökumət binası yaxınlığında etiraz aksiyası keçirərək, mövcud vəziyyətə görə ölkə rəhbərliyini və baş nazir Nikol Paşinyanı günahlandırıblar.
 
Gülnar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol