• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni icma nümayəndələri ilə Yevlaxda görüş baş çatıb- Yenilənib

Erməni icma nümayəndələri ilə Yevlaxda görüş baş çatıb- Yenilənib
21.09.2023 13:30
Yevlaxda Azərbaycanın Qarabağdakı erməni sakinlərinin nümayəndəsi ilə keçirdiyi görüş başa çatıb. Bu haqda anews.az-ın Yevlaxa ezam olunmuş əməkdaşı məlumat verib. Görüşün detalları hələ açıqlanmayıb. Erməni icma nümayəndələri də Yevlaxı tərk edib. 
 
 
11:45
Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb. 
 
10:47
Yevlaxda keçirilən görüşdə Azərbaycanı millət vəkili Ramin Məmmədov təmsil edəcək. 
 
10:27
Qarabağdan gələn erməni icması artıq Yevlax icra hakimiyyətinə daxil olub. Görüşün qapalı keçiriləcəyi gözlənilir.  
 
09:57
Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə Azərbaycan nümayəndələri arasında bu gün Yevlaxda görüş gözlənilir. Görüşdə hər iki tərəfdən kimlərin iştirak edəcəyi hələlik açıqlanmayıb. 
 
Görüşün Yevlax icra hakimiyyətində keçirilməsi planlaşdırılır. 
 
Ermənistan mətbuatı yazır ki, separatçı rejim tərəfindən nümayəndə heyətinə qondarma rejimin keçmiş "prezidenti" Araik Artunyanın qardaşı Artur Arutyunyan təmsil edəcək. 
 
Sentyabrın 20-də separatjı rejim Azərbaycanın keçirdiyi lokal əməliyyatlar qarşısında təslim olaraq Azərbaycanın təkliflərini qəbul etdiklərini təsdiqləyib. 
 
Prezident İlham Əliyev də, sentyabrın 20-də xalq müraciətində bildirib ki, bu görüş  reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün nəzərdə tutulub və erməni xalqı Azərbaycan qanunları ilə tam azad şşəkildə yaşamaq hüququ əldə edəcək. 
 
Bundan əvvəl, Rəsmi Bakı Qarabağda yaşayan etnik erməni azlıq nümayəndələrini renteqrasiya məsələləri ilə bağlı iki dəfə görüşə dəvət edib. Lakin onlar görüşdən imtina ediblər. 
 
Martın 1-də isə Milli Məclisin deputatı Ramin Məmmədov Xocalıda keçirilən görüşdə məsul şəxs qismində erməəni sakinlərinin təmsilçiləri ilə görüşdə iştirak edib. 
 
Görüş zamanı renteqrasiya dair ilkin müzakirələr keçirilib. 

 
Xəbər yenilənəcək. 
 
Aytac Zeynalova 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol