• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan oktyabrın 5-nə kimi istefa verməlidir - Ermənistan müxalifəti

Paşinyan oktyabrın 5-nə kimi istefa verməlidir - Ermənistan müxalifəti
26.09.2023 09:47
Ermənistan müxalifəti ölkənin baş naziri Nikol Paşinyanın oktyabrın 5-nə kimi istefa verməli olduğunu açıqlayıb. Bu barədə Ermənistan mətbuatı yazıb.

Etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyanın sözlərinə görə , bütün qüvvələr birləşməlidir ki, oktyabrın 5-də Paşinyanın Əliyevlə görüşündən əvvəl  Nikol istefaya göndərilsin.

"Heç kim bilmir ki, o, Ermənistan üçün ölümcül olan hansı sənədləri yenidən imzalamağa hazırdır. Biz buna imkan verməməliyik”, - Tevanyan bildirib.

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurası  oktyabrın 5-də İspaniyanın Qranada şəhərində  Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş  keçirilməli olduğunu bəyan edib .

Sentyabrın 24-də Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan silahı yerə qoymuş şəxsi heyətinin çıxarılmasına zəmanət verdiyini bəyan edib.

Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi  Qarabağda yerli antiterror əməliyyatının başlandığını, məqsədi Azərbaycanın konstitusiya quruluşunun bərpası olduğunu elan edib.

Bundan əvvəl Avropa Parlamenti Qarabağa hücumla bağlı Azərbaycana qarşı sanksiyalardan danışmağa başlayıb .
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol