• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN ATƏT sədrinin bəyanatına cavab verib

Azərbaycan XİN ATƏT sədrinin bəyanatına cavab verib
06.10.2023 18:47
Oktyabrın 6-da ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani tərəfindən verilmiş və Azərbaycana qarşı qərəzli ittihamlarla dolu bəyanatı şiddətlə qınayır və rədd edirik.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki cari vəziyyətlə bağlı bəyanatına dair şərhində bildirilib.

Bu bəyanat ATƏT sədrliyinin mandatına, o cümlədən ATƏT Nazirlər Şurasının Porto iclasının 8 nömrəli Qərarına uyğun olaraq, sədrlik fəaliyyətinin ATƏT-in bütün üzv dövlətləri tərəfindən razılaşdırılmış mövqelərə zidd olmamasının təmin edilməsinə dair tapşırığa açıq şəkildə ziddir.

"ATƏT-in Ermənistan tərəfindən bu Təşkilatın prinsip və öhdəliklərinin ciddi şəkildə pozulmasına on illərlə davam edən qəbuledilməz etinasızlığı fonunda, birtərəfli və qərəzli fikirlərə əsaslanan bu mövqe ağlabatan hesab oluna bilməz. ATƏT-in, onun Sədrliyinin və digər strukturlarının bu kimi məqsədlər üçün sui-istifadəsi eyni zamanda bu Təşkilatın hazırda üzləşdiyi problemlərin həlli yollarının tapılması səylərinə xələl gətirir.

ATƏT-ə, uzun illərdir Ermənistanın və bir sıra vasitəçi olmağa cəhd göstərən iştirakçı dövlətlərin destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olan həll yolunun bir parçası olmaq üçün şansının mövcudluğunu xatırlatmaq istərdik.

Azərbaycanın ATƏT-in mövcud öhdəliklərinə uyğun olaraq ardıcıl çağırışlar etməsinə baxmayaraq, onilliklər ərzində bu Təşkilatın ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasını və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmaq hüququnu təmin etmək üçün öz mandatını yerinə yetirməsinə maneə törədilib. Münaqişədən sonrakı bərpa və quruculuq səylərində, o cümlədən minalardan təmizlənmə proseslərində müsbət rol oynamasına dair ATƏT-ə ünvanlanmış çağırışlarımıza da məhəl qoyulmayıb.

ATƏT-in son üç onillikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Ermənistanın Azərbaycan ərazilərini işğalının nəticələrinin aradan qaldırılması üçün yaradılmış strukturlarından səmərəli istifadədə uğursuzluğa düçar olmasını nəzərə alaraq, bu Təşkilatın fəaliyyətdə olan sədrinin müstəqil beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil. Helsinki Yekun Aktında təsbit olunmuş güc tətbiq edilməməsi prinsipi də daxil olmaqla, bütün prinsiplərin birbaşa olaraq Ermənistan tərəfindən pozulduğunu, habelə BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həm diplomatik, həm də hərbi baxımdan öz ərazilərinin işğalına son qoymağın hər zaman Azərbaycanın legitim hüququ olduğunu da bir daha xatırlatmaq istərdik.

Bundan əlavə, milli azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının qorunması ilə bağlı istənilən mexanizmin, bu şəxslərdən dövlətlərin suverenliyi və ərazi bütövlüyünü pozmaq üçün alət kimi istifadəsini qadağan etdiyini də xatırlatmaq istərdik. Bu baxımdan, biz bütün tərəfləri bu öhdəliyə ciddi riayət etməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərindən çəkinməyə çağırırıq. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, regionda sülh və Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyasına nail olmaq əzmində olduğunu bir daha təsdiqləyir", - XİN-dən bildirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol