• $
  • €
  • ₽
  • ₺
  • £

Oktyabrın 12-də Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşə bilər

Oktyabrın 12-də Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşə bilər
09.10.2023 10:54
Oktyabrın 12-də Azərbaycan Ermənistan vəə Rusiya xarici işlər nazirlərinin Bişkekdə keçirilən samittdə üçtərəfli görüşü keçirilə bilər. Bu barədə Tacc agentliyi Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə istinadan yazıb.  

"Rusiya, Azərbaycan və Ermənistan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərinin bütün spektri üzrə dialoq heç vaxt kəsilməyib. Ümid edirik ki, bu cür təmaslar davam edəcək. Biz belə görüşlərin keçirilməsi imkanlarını nəzərdən keçiririk. Bu il oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində müzakirələr aparıla bilər. Azərbaycan tərəfi artıq prinsipial razılıq verib. Biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştirak etməyə razı olacaq", - o bildirib. 
 
Azərbaycan Rusiya və Ermənistan xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşü iyulun 25-də keçirilib. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar aparılıb. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Qranadada Ermənistan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə keçiriləcək görüşdə iştirakdan imtina edib.
 
Sonuncu dəfə Azərbaycan tərəfi Ermənistana sülh sənədinin verilməsini təsdiq edib.  
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.
 
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğunun nəticələrinə görə, respondetlərin 72,4% Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin sürətlənəcəyinə inandığını deyib. 
 
Gülnar Nazimqızı 

 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol