• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır - Elçin Əmirbəyov

Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır - Elçin Əmirbəyov
11.10.2023 21:28

Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın "Radiofrance”a müsahibəsində deyib.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan sülhə nail olmaq üçün Ermənistanla danışıqları bərpa etmək istəyir:
"Təbii ki, Ermənistan bizə hücum etsə, sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağındadır. Bizə danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq lazımdır. Sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan isə ikili oyun oynayır. Əgər Ermənistan sülhün və sabitliyin bərqərar olması üçün səylərimizə qoşularsa, biz öz üzərimizə düşən işi görməyə tam hazırıq. Şarl Mişel Avropa Şurasının prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan yenidən Avropa İttifaqı ilə üçtərəfli formatda danışıqlara hazırdır.

Biz, demək olar ki, otuz ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Ermənistanın Azərbaycanın yeni müharibəyə hazırlaşacağı ilə bağlı iddiaları tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq", - deyə o bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol