Səfirlik Azərbaycan vətəndaşlarına müraciət etdi

Azərbaycanın İsraildəki səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
Trend xəbər verir ki, müraciətin mətni ölkənin İsraildəki səfirliyinin "X” platformasındakı hesabında dərc edilib.
"Israir Airlines” tərəfindən 20, 23, 25, 27, 30 oktyabr tarixlərində Təl-Əviv - Bakı istiqamətində olan uçuşlar üzrə biletlərin satışı elan edilib. Biletlər israir.co.il saytı üzərindən əldə oluna bilər”, - deyə müraciətdə bildirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























