• $
  • €
  • ₽
  • ₺
  • £

Ombusdman - Separatçı rejimin Bakıda həbsdə olan məhbuslarının şikayəti yoxdur

Ombusdman - Separatçı rejimin Bakıda həbsdə olan məhbuslarının şikayəti yoxdur
18.10.2023 16:27
Separatjı rejimin keçmiş "rəhbələrinin" Bakıda saxlanma şəraitindən şikayəti yoxdur. Bunu İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva deyib.
 
"Mən öz mandatım çərçivəsində penitensiar müəssisələrdə tez-tez monitorinqlər aparıram, o cümlədən bu başçəkmələr zamanı həmin şəxslərlə görüşdüm.Onların saxlanma şəraitindən şikayətləri yoxdur.Onlara dərhal ailəsi ilə əlaqə saxlamaq hüququ verilib və bu hüquqdan istifadə ediblər. Vəkillik xidməti göstərilir. Bir qismi ailə üzvlərinin işə götürdüyü vəkillərin xidmətindən istifadə edir, digərləri isə dövlət hesabına vəkillə təmin olunurlar”, - Tacc Agentliyi  Moskvada keçirilən "İnsan hüquqlarının müdafiəsi problemləri: Ombudsmanların qabaqcıl təcrübələrinin mübadiləsi” mövzusunda VII Beynəlxalq elmi-praktik konfransda Səbinə Əliyevanın çıxışına istinadan yazıb. 
 
Ombusdman bildirib ki, həbsdə olan şəxslər sənədlərin öz ana dillərində tərcüməsi ilə təmin olunublar. 

Oktyabrın 5-də sepratçı rejimin keçmiş "rəhbərləri" Bako Saakyan və Arkadi Qukasyanı, həmçinin "parlamentin eks-spikeri" David İşxanyan barəsində Səəbail Məhkəməsi 4 aylıq həbs qərarı verib. 
 
Onlar oktyabrın 3-də  Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Bir gün əvvəl Azərbaycaın hüquq mühafizə orqanları qondarma rejimin keçmiş "preizdenti" Araik Arturyuanın saxlanması barəsində xəbər yayıb. 

Bundan əvvəl Azərbaycan separatçı rejimin "xarici işlər naziri" və "prezidentinin keçmiş köməkçisi" David Babayanın, o cümlədən Ermənistanın Qarabağdakı "hərbi qüvvələri komandanının keçmiş müavini" David Manukyanın və "keçmiş dövlət naziri" Ruben Vardaryanı saxlanması ilə bağlı açıqlama yayıb. 
 
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 

 
Gülnar Nazimqızı 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol