• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Rumıniya Senatının sədri ilə görüşüb

Ceyhun Bayramov Rumıniya Senatının sədri ilə görüşüb
06.11.2023 18:57
Noyabrın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regionda və dünyada mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov, ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ötən il diplomatik münasibətlərimizin 30 illiyinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında qarşılıqlı səfərlər, təmasların, o cümlədən parlament diplomatiyasının rolunu vurğulayıb. Bu istiqamətdə, münasibətlərin daha da genişləndirilməsi məqsədilə iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının inkişafının zəruri olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində dəstək və həmrəyliyə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunun təqdirəlayiq olduğunu qeyd edib.

İki ölkə arasında strateji tərəfdaşlığın bir sıra istiqamətlərində, xüsusilə ticarət dövriyyəsinin artırılması, iqtisadi, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Alternativ enerji, rəqəmsal inkişaf sahəsində əməkdaşlığın inkişaf potensialı diqqətə çatdırılıb.

Görüş zamanı qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın yenidənqurma, reinteqrasiya və sülh quruculuğu fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Nazir Ceyhun Bayramov, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində tərəfimizdən görülən, qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyan anti-terror tədbirlərindən sonra regionda reinteqrasiya və sülh gündəliyinin irəlilədilməsi üçün münbit şəraitin yarandığını vurğulayıb.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin bundan sonra da Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi üzrə əməli addımlar atmaqda qərarlı olduğu diqqətə çatdırılıb.

Senatın sədri Nikolae Çuka, Rumıniyanın Baş naziri qismində ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə, cari ilin oktyabr ayında isə Parlament Senatının sədri qismində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşlərə istinad edərək, bu kimi təmaslar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinin əməkdaşlığa töhfə verdiyini bildirib. Rumıniyanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində Azərbaycanın səylərini dəstəklədiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol