• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu seçkilərlə bağlı məlumat yaydı

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu seçkilərlə bağlı məlumat yaydı
22.12.2023 20:50
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn növbədənkənar Prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb.

Baş konsulluğun rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd edilir:

"2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunun əhatə dairəsində daimi yaşayan, müvəqqəti olan və ya uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, fəal seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 2023-cü il dekabrın 29-dək aşağıda qeyd olunmuş məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur:

1. Soyad, ad, ata adı;

2. Doğum tarixi (gün, ay, il);

3. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan”.

Dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol