• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Nuriyev Asiya İnkişaf Bankının departamentinin Baş direktoru ilə görüşüb

Samir Nuriyev Asiya İnkişaf Bankının departamentinin Baş direktoru ilə görüşüb
05.04.2024 20:05
Aprelin 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ilə görüşüb.

Görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq və COP29-a hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.
Samir Nuriyev bu il Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının 25 illiyinin tamam olduğunu bildirib və Azərbaycanın bu əməkdaşlığı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının rəhbəri ölkədə yaşıl keçid gündəliyinin inkişafı istiqamətində həyata keçirilən layihələri qeyd edib.

COP29 üzrə Təşkilat Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə CO29-a hazırlıq işlərinə toxunaraq ölkəmizin bu mötəbər tədbirin yüksək səviyyədə təşkil olunması istiqamətində aparılan işlər barədə həmsöhbətinə məlumat verib.

Yevgeni Jukov COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edərək, COP29 sədrliyi tərəfindən qısa müddət ərzində görülən işlərin təqdirəlayiq olduğunu deyib. O, Asiya İnkişaf Bankının COP29-la bağlı Azərbaycanla sıx əməkdaşlıq etmək və texniki dəstək göstərmək niyyətində olduğunu bildirib.

Yukov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yaşıl keçid sahəsində qazanılmış nailiyyətlərlə bağlı məmnunluğunu ifadə edib və Asiya İnkişaf Bankının bu prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol