• $
  • €
  • ₽
  • ₺
  • £

Mayın 10-da Bayramov və Mirzoyan yenidən görüşəcək

Mayın 10-da Bayramov və Mirzoyan yenidən görüşəcək
06.05.2024 11:19
Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın Almatı şəhərində görüşəcəklər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. 

"Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq", - Hacızadə "X" platformasında yazıb.
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov bildirir ki, mayın 10-da keçiriləcək görüşdə razılığa gəlinməyən mövzular öz həllini tapa bilər. 
 
"Azərbaycan və Ermənistan arasında delimitasiya məsələsində bu qədər çeviklik artıq yavaş-yavaş Azərbaycanın qalib tərəf kimi dikdə etdiyi şərtlər fonunda əldə edilirsə, iki ölkə müəyyən məsələlərdə artıq razılığa gəlib. Digər məsələlərdə də ortaq mövqelər tapıla bilər və bu məsələdə Azərbaycanın da kəskin və prinsipial mövqeyi var. Azərbaycan və Ermənistan həm sərhədlərin bundan sonraki delimitasiyası, həm gələcəkdə imzalanacaq sülh müqaviləsinin əsaslarını müzakirə edəcəklər. Bu baxımdan da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həm birbaşa, həm də müxtəlif platformalarda görüşlərinin iki ölkə arasındakı münasibətlərin normallaşdırılması və bundan sonra inkişaf etdirilməsi baxımından müstəsnə rola malikdir. 10 may görüşü münasibətlərin yaxşılaşdırılması baxımından da vacib bir irəlləyişin əldə edilməsinə səbəb ola bilər",- İsmayılov əlavə edib.

Bundan əvvəl Qazaxıstan Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda keçirilən görüşündə vasitəçi olmaqdan imtina edib. 
 
Aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra İrəvan və Bakıya sülhün bağlanması üçün danışıqlar platforması verməyə hazır olduğunu bəyan edib.
 
Gülnar Nazimqızı 
Aytac Zeynalova

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol