• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərib

Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərib
24.05.2024 22:42
Mayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.

Məktubda Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Ermənistanın səfiri Aşot Hovakimyanla görüşdə səsləndirdiyi fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin dərin təəssüfünə səbəb olduğu bildirilib.

Qeyd olunub ki, Yan Bartosekin səsləndirdiyi birtərəfli şərhlər həqiqəti əks etdirməməklə yanaşı, həm də Azərbaycan və Çexiya parlamentləri arasında son illər ərzində yaranmış və özünü doğrultmuş dostluq və əməkdaşlıq ruhuna ziddir. Həmçinin belə görünür ki, cənab Bartosek keçmiş münaqişənin tarixinin əsil səbəbləri, habelə ötən 3 il ərzində regionda yaranmış yeni reallıqlardan və Ermənistan və Azərbaycan arasında sülh gündəliyi barədə məlumatsızdır. Dost ölkə parlamentinin Deputatlar Palatasının sədr müavini cənab Bartosek tərəfindən söylənən fikirlər ölkələrimiz arasında mövcud olan sağlam əməkdaşlığa və dostluq münasibətlərinə xələl gətirir.

Məktubun mətnində deyilir:

"Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu cənab Bartosekin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 20% ərazisi 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Bu dövr ərzində Ermənistan azərbaycanlılara məxsus yaşayış məntəqələrini talan edib və dağıdıb, tarixi və memarlıq abidələrini məhv edib və saxtalaşdırıb, həmçinin Azərbaycana məxsus dini abidələri təhqir edib. Bütün dünya, o cümlədən Ermənistanın özü və cənab Bartosekin ölkəsi olan Çex Respublikası da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Belə olan halda, sədr müavininin məsələ ilə bağlı öz dövlətinin rəsmi mövqeyinə açıq şəkildə məhəl qoymaması və ya faktları bilərəkdən təhrif etməsi bizdə dərin təəccüb və təəssüf doğurur”.

Bildirilib ki, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri cənab Bartosekin bəyanatını pisləyir və onun buraxdığı siyasi səhvi düzəldəcəyinə ümid edir.

Sonda İşçi qrupunun mövqeyi barədə Çexiya parlamentinin Deputatlar Palatasının rəhbərliyinə məlumat verilməsi xahiş olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol