• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan parlamentində Paşinyanın istefası müzakirə edilib

Ermənistan parlamentində Paşinyanın istefası müzakirə edilib
17.09.2024 14:16
Ermənistanda etiraz hərəkatının lideri Baqrat Qalstanyan parlament müxalifətinin deputatları ilə sentyabrın 22-də keçiriləcək mitinqin təfərrüatlarını və baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi məsələsini müzakirə edib. Bu barədə "Joxovurd” qəzeti yazıb. 

İki saat davam edən görüş bir gün əvvəl Ermənistan parlamentində  "Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın kabinetində baş tutub.

Nəşr qeyd edib ki, onlar arasında parlamentdə belə formatda görüş ilk dəfə keçirilib.  Bunun təşəbbüskarı Baqrat Qalstanyanın özü olub. Əsas müzakirə mövzusu sentyabrın 22-də keçiriləcək mitinq və ictimai təzyiq altında baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi məsələsi olub.
 
Qalstanyan müxalifətin hərəkatı dəstəkləməyə  həm parlamentdə, həm də küçə mitinqlərində dəstəkləyəcəyini bildirib. 

"Hraparak” qəzeti isə iddia edir ki, erməni elitası baş nazir Nikol Paşinyanın hökumtdə guya "təmizləmələr” hazırlaması fonunda öz aqibətindən qorxur.

"Mülki Müqavilə”nin görkəmli nümayəndələrini xarici çağırışlardan çox öz taleyi narahat edir. Məsələ burasındadır ki, Nikol Paşinyan bu yaxınlarda komandasənda  yaxın aylarda "təmizlənmə”lər aparacağına  eyham vurub. 
 
Elitada seçkiqabağı kadr dəyişikliklərinin olacağına, Paşinyanın korrupsiyaya qarşı güclü mübarizə kartını oynaya biləcəyinə və öz komandasında olan korruösionerli də azad edəcəyinə şübhə etmirlər.

"Nə müxalifətin mübarizəsi, nə də xarici hadisələr onları həyatın məqsədi kimi təkrar seçilməsini elan edən bir liderin həyata keçirəcəyi seçki şousuna bənzəyən bu "Son qiyamət” qədər qorxutmur. Və kimin birinci cəzalanacağını səbirsizliklə gözləyirlər. Eyni zamanda, hamı digərinin "ölümünə” sevinəcək ki, bu burulğana düşməsin”, – qəzet yazıb.
 
N.Təbrizli



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol