• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakı Hollandiyanın “Qarabağın zəbt edilməsi” ilə bağlı bəyanatına cavab verib

Rəsmi Bakı Hollandiyanın “Qarabağın zəbt edilməsi” ilə bağlı bəyanatına cavab verib
17.09.2024 15:19
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland hökumətinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin "Qarabağın işğalı” adlandırılmasımı qərəzli münasibət adlandırıb. 

"Təəssüf ki, Hollandiya tərəfi bir daha Azərbaycana və münaqişədən sonrakı dövrdə regionda mövcud vəziyyətə qərəzli münasibət nümayiş etdirir. Əvvəla, bu ölkənin Azərbaycanın işğal olunan ərazilərinin azad olunmasını "Dağlıq Qarabağın işğalı” kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi həmişə ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında olub",  -  Hacızadə bildirib. 

O həmçinin,  Hollandiyanın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yummasına təəssüf etdiyini deyib.
 
"Azərbaycanın bu ərazilərin işğaldan azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ölkəmizin suveren hüququna əsaslanır ki, bu da bu və ya digər şəkildə yanlış qiymətləndirilə bilər. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsinin qondarma "Dağlıq Qarabağ” şəklində yanlış adının verilməsini qəti şəkildə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür",  - Hacızadə deyib. 

O vurğulayıb ki, , Azərbaycanda "Dağlıq Qarabağ” adlanan heç bir inzibati və ya coğrafi vahid yoxdur və hər bir dövlət, o cümlədən təşkilat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılan və müvafiq qanun çərçivəsində qəbul edilən coğrafi adlara istinad etməməlidir. 

"Biz Hollandiya tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərə daha da xələl gətirən və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında regionun gələcək inkişafına mane olan bu kimi bəyanatlara son qoymağa çağırırıq”, -  Azərbaycan XİN sözçüsü bildirilib. 
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol