• $
  • €
  • ₽
  • ₺
  • £

Amnesty International Azərbaycanı tənqid edən hesabat dərc edib

Amnesty International Azərbaycanı tənqid edən hesabat dərc edib
27.01.2025 18:59
Beynəlxalq insan hüquqları təşkilatı Amnesty International Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi ilə bağlı yeni hesabatını açıqlayıb.

"Azərbaycanda fikir, birləşmə və dinc toplaşmaq azadlıqlarına əsassız məhdudiyyətlər qoyulması, eləcə də hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalar müşahidə olunur", –  sənəddə qeyd edilib.

Hesabatda ədalətli məhkəmə hüququnun pozulması və məhkəmə sistemindən siyasi məqsədlərlə sui-istifadə edildiyi vurğulanıb.

Həmçinin hüquq müdafiəçiləri və hökuməti tənqid edən şəxslərin əsassız həbslərinin geniş yayıldığı bildirilir. Sənəddə Anar Məmmədli, Qubad İbadoğlu, Tofiq Yaqublu, Rüfət Səfərov, İqbal Əbilov və Bəhruz Səmədovun həbsi qeyd olunub.

Bundan başqa, Meydan TV-nin altı jurnalistinin həbs edilməsi hesabatda əksini tapıb.

İşgəncələr və tibbi yardımın rədd edilməsi

Hesabatın digər bölməsi həbsdə olan şəxslərə işgəncə verilməsi, onlarla sərt rəftar edilməsi və onların tibbi yardımdan məhrum edilməsinə həsr olunub.

"Hökuməti tənqid edən şəxslərin əksəriyyəti həbsdə işgəncəyə məruz qaldığını bildirir, lakin bu şikayətlər effektiv araşdırılmır",    hesabat müəllifləri qeyd ediblər. 

Sənəddə Abzas Media jurnalistləri Sevinc Vaqifqızı və Nərgiz Absalomovaya təzyiqlər xüsusi vurğulanıb.

Həmçinin bir neçə həbsdə olan jurnalist və aktivistin ciddi sağlamlıq problemlərinin olduğu, lakin onlara tibbi yardım göstərilmədiyi qeyd edilib.

Azərbaycanda toplaşmaq azadlığına məhdudiyyətlər

Amnesty International Azərbaycanda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına da diqqət çəkib.

"Ölkədə dinc etiraz aksiyaları artıq on ildən çoxdur ki, faktiki olaraq qadağan olunub",  -  hesabatda deyilir.

Hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyətinin yaxşılaşacağına dair heç bir əlamət olmadığı vurğulanıb.

Təşkilat beynəlxalq ictimaiyyəti Azərbaycanda insan hüquqlarının sistemli və ciddi şəkildə pozulmasını qətiyyətlə pisləməyə çağırıb.
 
Rəsmi Bakı isə bütün bu deyilənləri rədd edir. 
 
Prezident İlham Əliyev jurnalistlərin həbsi ilə bağlı tənqidləri rədd edib

Prezident İlham Əliyev jurnalistlərin həbsi ilə bağlı tənqidləri rədd edərək, Azərbaycanda "azad mətbuatın və sərbəst internetin" olduğunu bildirib.

"Biz də digər ölkələr kimi, media mühitimizi xarici mənfi təsirlərdən qorumağa məcburuq," –  dövlət başçısı ötən il Almaniyaya səfəri zamanı çıxışı zamanı vurğulayıb.
 
N.Təbrizli
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol