• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
29.09.2025 18:25

Sentyabrın 29-da Belarus Respublikasının paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclasda iştirak edib.

Məhdud tərkibdə iclasda çıxış edən Baş nazir MDB çərçivəsində müxtəlif səviyyələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycan hökumətinin başçısı humanitar əlaqələrin, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O əlavə edib ki, iclasda 2026-cı ildə “Sağlamlığın qorunması İli”nə hazırlıq və onun keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu kontekstdə tibb işçilərinin ixtisasının artırılması və səhiyyə sisteminə innovativ texnologiyaların tətbiqi prioritet məsələlərdəndir.

Əsədov sağlam və dayanıqlı cəmiyyətin yaradılmasında idmanın rolunu xüsusi vurğulayıb. O əlavə edib: “Təsadüfi deyil ki, MDB çərçivəsində müxtəlif idman tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır, əməkdaşlığın mühüm sahəsi kimi çıxış edir”.

Baş nazir bununla bağlı sentyabrın 28-də Azərbaycanın Gəncə şəhərində III MDB Oyunlarının açılmasını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Ümumilikdə 23 idman növü üzrə 1600-dən çox idmançının mübarizə aparacağı belə böyük idman tədbirinin ilk dəfə olaraq ölkənin regionlarında (7 şəhərdə - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Yevlaxda) keçirildiyini vurğulayan Ə.Əsədov III MDB Oyunlarının dostluğu, idman ruhunu gücləndirəcəyinə, həmçinin idman sənayesini və mədəniyyətini inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi-ticari əlaqələrinin inkişafına toxunan Əsədov cari ilin 8 ayında qarşılıqlı ticarət həcminin 21 faizdən çox artdığını bildirib.

Baş nazir beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsində müasir nəqliyyat və logistika infrastrukturunun əsas rolunu qeyd edib. “Azərbaycan Avrasiyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və hazırda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində sistemli iş aparılır”, - deyə o vurğulayıb.

Əli Əsədov onu da əlavə edib ki, regionda yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzərində aktiv işlərə başlanılır.

Yaşıl gündəliyə toxunan hökumət başçısı bildirib ki, iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlar fonunda Azərbaycan yaşıl enerji texnologiyalarına, o cümlədən külək və hidroenergetika sahələrinə fəal sərmayələr yatırır.

Baş nazir bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdiyini, xüsusilə Mərkəzi Asiya dövlətləri ilə bərpaolunan enerji mənbələri layihələrinin həyata keçirilməsi üzrə sazişlərin imzalandığı vurğulayıb.

Çıxışının sonunda Baş nazir MDB-nin bütün üzv dövlətləri ilə konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra hökumət başçıları geniş tərkibdə görüşü davam etdirib, onun yekunlarına dair bir sıra sənədlər imzalanıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol