• $ 1.7
  • € 2.0244
  • ₽ 0.022001
  • ₺ 0.039
  • £ 2.3221

Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə- Məktub

Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə- Məktub
23.01.2026 17:30

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident,

Uca Yaradana çox şükürlər olsun ki, Zati-alilərinizi davamlı uğur və nailiyyətləriniz münasibətilə təbrik etmək səadətini bizlərə nəsib edir. Cənabınızı Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyiniz səylərə görə beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca bəşəri dəyərlər naminə fəaliyyətinizdə yeni zirvələr arzulayırıq.

Zati-alilərinizin rəhbərliyi ilə qazanılmış böyük Qarabağ Zəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi-diplomatik müstəvidə tarixi əhəmiyyətli qələbələr və nüfuzlu beynəlxalq mükafatların qürurunu bəxş etməkdəsiniz. Sizin dünya miqyasında insan qardaşlığına xidmət edən ideya və təşəbbüsləriniz Azərbaycan dövlətinə beynəlxalq müstəvidə yenilməzlik, etimad və ehtiram qazandırır. Məhz Zati-alilərinizin xeyir-duası ilə Şeyxülislamın timsalında Azərbaycanın təmsil olunduğu Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunmuş mötəbər mükafatla təltif olunmağınız Zati-alilərinizin Uca Yaradana xoş gedən səy və əməllərinin bəşər ailəsi tərəfindən dəyərləndirilməsinin təzahürüdür.

Fəxarət duyuruq ki, Azərbaycanın nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur və bu, Zati-alilərinizin müasir, müdrik dövlətçilik siyasətinin bəhrələridir. Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasi lideri olaraq Cənabınızın bu istiqamətdə fəaliyyəti ən xoş sözlərə, ən yüksək mükafatlara layiqdir. Zati-alilərinizin dünyanın sülh gündəmində ön sırada olmağı - Sülh Şurasında təsisçi qismində iştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərli fəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Zati-alilərinizi belə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək bizi qürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olan dindarlarda rəğbət və fəxarət doğurur. Əminik ki, bu tarixi addımınız qlobal sülh, bəşəriyyəti narahat edən təhdid və təhlükələrin aradan qaldırılması işində böyük rol oynayacaqdır, inşallah. Dualarımız Sizinlədir. Uca Rəbbimiz Sizi və dəyərli ailənizi qorusun!

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan dövlətinin milli-mənəvi və ümumbəşəri-multikultural dəyərlərə əsaslanan dövlət siyasətini beynəlxalq müstəvidə möhkəmləndirməyə nail olmuş dünya miqyaslı qətiyyətli lider, müdrik dövlət xadimi olaraq Zati-alilərinizin rəhbərlik etdiyi ölkənin dini konfessiyalarının rəhbərləri olaraq sonsuz şərəf duyuruq. Ölkəmizin hüdudlarından kənarda, ən mötəbər beynəlxalq tədbirlərdə hər dəfə bu hissi yaşayan şəxslər olaraq Sizin fəaliyyətinizə Ulu Yaradandan xeyir-dualar diləyirik.

Zati-aliləri, Siz Azərbaycanın adını, Azərbaycan xalqının şöhrətini yüksəklərə qaldıran müqtədir siyasi xadimsiniz. Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycana həyatın bütün sahələrində qazandırdığınız uğur və nailiyyətlərə görə Azərbaycan dindarları adından Cənabınıza bir daha dərin minnətdarlığımızı ifadə edir, ən xoş arzularımızı, xeyir-dualarımızı yetiririk. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən, qlobal müstəvidə Sülh Şurasının fəal iştirakçısı və təsisçisi olan Öndərin, ali mükafata layiq görülmüş Müzəffər Liderin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik.

Uca Yaradan Azərbaycan dövlətini hifz etsin, Zati- alilərinizi hər zaman zirvələrdə qərar versin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
 
Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu
 
Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi
 
Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
 
Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
 
Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri
 
Zamir İsayev

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri”

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
Siyasət 18:05
Prezident Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
Prezident Bərzani ilə görüşüb
Siyasət 16:52
Prezident Bərzani ilə görüşüb
İlham Əliyev xanımı ilə birlikdə Almaniyaya səfər edib
Siyasət 15:21
İlham Əliyev xanımı ilə birlikdə Almaniyaya səfər edib

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək
Siyasət 12:51
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək
Azərbaycan nümayəndə heyəti quru sərhədlə Ermənistana keçib - Dəyirmi masa olacaq
Siyasət 11:19
Azərbaycan nümayəndə heyəti quru sərhədlə Ermənistana keçib - Dəyirmi masa olacaq
Prezident onları təltif edib - Sərəncam
Siyasət 16:01
Prezident onları təltif edib - Sərəncam
Mehdiyevin dövlət çevrilişi hazırlaması ilə bağlı səsyazıları yayılıb -VİDEO
Siyasət 14:13
Mehdiyevin dövlət çevrilişi hazırlaması ilə bağlı səsyazıları yayılıb -VİDEO
DTX Ramiz Mehdiyevlə bağlı cinayətin detallarını açıqlayıb - Video
Siyasət 12:54
DTX Ramiz Mehdiyevlə bağlı cinayətin detallarını açıqlayıb - Video
Dünya mediası Ceyms Devid Vensin Bakıya səfərini geniş işıqlandırıb
Siyasət 07:36
Dünya mediası Ceyms Devid Vensin Bakıya səfərini geniş işıqlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol