• $
  • €
  • ₽
  • ₺
  • £

XİN rəsmisindən Nyu-York merinin bəyanatına cavab

XİN rəsmisindən Nyu-York merinin bəyanatına cavab
25.04.2026 14:48

Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Mamdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına reaksiya verib.Bu barədə XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

O, qeyd edib ki, Mamdani və digər ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.

“Sizin vəziyyəti daha da gərginləşdirən bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və siyasi məqsədlər naminə həqiqətləri təhrif edir”, – deyə XİN sözçüsü "X” sosial şəbəkəsində bildirib.

Hacızadənin sözlərinə görə, Azərbaycan 2020-ci ildə beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkət edib.

O qeyd edib ki, 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bərpa olunub, “ermənilərin qovulması” ilə bağlı iddialar isə erməni sakinlərə reinteqrasiya, bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır.

XİN sözçüsü əlavə edib ki, işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə, qətliamlar, həmçinin mədəni və dini irsin məhv edilməsi faktlarının görməzlikdən gəlinməsi qəbuledilməzdir.

“Bu cür məsuliyyətsiz bəyanatlar dərhal geri götürülməlidir”, – deyə Hacızadə vurğulayıb.

Zohran Mamdani daha əvvəl “X” hesabında 1915-ci il hadisələrini “soyqırımı” adlandırmış, Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi əməliyyatları isə “ermənilərin qovulması” kimi qiymətləndirmişdi.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol