• $
  • €
  • ₽
  • ₺
  • £

Nidal Salim: Qlobal Cənub ölkələri su və ətraf mühit sahəsində əməkdaşlığı gücləndirməlidir

Nidal Salim: Qlobal Cənub ölkələri su və ətraf mühit sahəsində əməkdaşlığı gücləndirməlidir
14.05.2026 11:25

Qlobal Cənub ölkələri su, ətraf mühit və sağlamlıq sahəsində bilik mübadiləsi, texnologiya transferi və potensialın artırılması üzrə əməkdaşlığı genişləndirməlidir.

Bunu Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Salim Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Cenevrədə yerləşən institut 2008-ci ildən regionda Cənub-Cənub əməkdaşlığı, qadınların və gənclərin dəstəklənməsi, eləcə də su və ətraf mühit sahəsində potensialın artırılması istiqamətində fəaliyyət göstərir.

Salim bildirib ki, yaxın aylarda institut Cənub-Cənub əməkdaşlığı çərçivəsində üç əsas təşəbbüs elan edəcək.

Bunlardan birincisi 24-26 noyabrda Nayrobidə keçiriləcək Afrika Su Operatorları Tərəfdaşlığı konfransı və sərgisidir.

İkinci təşəbbüs COP31 çərçivəsində Türkiyənin Antalya şəhərində su və ətraf mühit texnologiyaları mərkəzinin yaradılmasıdır.

Üçüncü təşəbbüs isə 2027-ci ilin sentyabrında Filippinin Manila şəhərində keçiriləcək IV Asiya Su Forumudur.

“Bu Assambleya Afrika, Asiya, Latın Amerikası və Cənubi Qafqaz arasında inklüziv və davamlı inkişaf naminə tərəfdaşlığı daha da gücləndirir”, - Salim bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol